Yaponiyada yaşayan pianoçumuz Heydər Əliyevlə bağlı unudulmaz xatirələrini bölüşüb

  Yaponiyada yaşayan <a href="https://twitter.
Yaponiyada yaşayan pianoçumuz Heydər Əliyevlə bağlı unudulmaz xatirələrini bölüşüb
Yayın: 27 Mart 2023 KÜLTÜR SANAT Google News

 

 

 

Yaponiyada yaşayan pianoçumuz Heydər Əliyevlə bağlı unudulmaz xatirələrini bölüşüb
27 mart, 2023

Yaponiyada yaşayan pianoçumuz Heydər Əliyevlə bağlı unudulmaz xatirələrini bölüşüb

Yaponiyada yaşayan azərbaycanlı pianoçu Gülnarə Səfərova müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

Tanınmış musiqiçi bildirib ki, 1995-ci ilin martında Türkmənistanda keçirilmiş beynəlxalq müsabiqədə müstəqil Azərbaycan dövlətini pianoçu kimi təmsil edib. Mötəbər musiqi yarışında 3-cü yeri tutaraq Beynəlxalq müsabiqənin laureatı kimi doğma Bakıya qayıtdıqdan sonra isə daha bir qürurverici hadisə ilə qarşılaşıb. 1995-ci il 8 aprel tarixində Azərbaycan Prezidenti Heydər Əliyevin beynəlxalq müsabiqələrin qalibləri ilə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında görüşü keçirilib.

 

 

 

 

Həmin görüşdə çıxış edən Heydər Əliyev qalibləri təbrik edib? “Öncə mən bizim gənc istedadları təbrik edirəm. Çox sevindirici haldır ki, Azərbaycanın böyük tarixə malik olan incəsənəti, musiqi sənəti hər il yeni istedadlar yetişdirir. Bu, xalqımızın mədəniyyətinin, incəsənətinin zənginliyini nümayiş etdirir. Eyni zamanda xalqımızın içində böyük, fitri istedadlı insanların daim olmasını, yaşamasını göstərir. XX əsrdə mədəniyyətimiz yeni bir inkişaf mərhələsi keçibdir. Xüsusən incəsənətimizin böyük bir sahəsi olan musiqidə professional musiqi yaranıbdır. Bu sahədə də, şübhəsiz ki, dünya miqyasında yüksək zirvələrə çatmış professional musiqi nümunələrindən istifadə edən, eyni zamanda fitri istedada malik olan şəxsiyyətlərimiz tərəfindən böyük bir məktəb yaradılmışdır. Əsasını mərhum Üzeyir Hacıbəyovun qoyduğu böyük bir məktəb. Bu məktəb əsrin əvvəlində yaranıb. İndi, XX əsrin axırlarında biz bu məktəbin nə qədər böyük yol keçdiyini, eyni zamanda xalqımız üçün nə qədər faydalı olduğunu, onun hörmətini, şərəfini nə qədər yüksəklərə qaldırdığını və xalqımızın ümumi mədəniyyətinə necə böyük təsir etdiyini görürük və bunun şahidiyik”.

Gülnarə Səfərova qeyd edib ki, görüş zamanı Heydər Əliyevin səsləndirdiyi fikirlər xalqımızın ümummilli liderinin Azərbaycan mədəniyyət və incəsənət xadimlərinə bəslədiyi yüksək və həssas münasibətin təzahürü olub.

Gülnarə Sadıqova xatırladıb ki, görüş zamanı fortepianoda klassik əsər ifa edib: “Məni təbrik edən zaman Prezident ifa etdiyim əsər haqqında da mənimlə danışdı. Musiqiçi olmadığına baxmayaraq onun klassik janrda yaradılan əsərin incəliyini duymağı məni həqiqətən də heyran etdi. Məndən harada çalışdığımı da soruşdu. Bakı Musiqi Akademiyasında gənc müəllim kimi çalışdığımı biləndə mənə pedaqoji fəaliyyətimdə də uğurlar arzuladı. Dedi ki Azərbaycanın musiqi təhsilində yeni metodikanın yaradılması ilə Azərbaycanın adının dünyaya daha geniş yayılmasını arzu edir. Artıq o görüşdən 25 ilə yaxın müddət keçib. Amma həmin günlə bağlı xatirələri indiyədək unutmamışam. Hazırda Vətənimdən uzaqda olsam da, Azərbaycanı uzaq Yaponiyada layiqincə təmsil etməyə çalişiram və ulu öndərimiz Heydər Əliyevin söylədiyi tövsiyələri peşəkar musiqi fəaliyyətimdə gerçəkləşdirməyə çalışıram”.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/yaponiyada-yasayan-pianocumuz-heyder-eliyevle-bagli-unudulmaz-xatirelerini-bolusub-2684

 

 

 

Son Güncelleme: 27 Mart 2023