Nazir Ceyhun Bayramovun İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri ilə görüşünə dair mətbuat məlumatı
No:174/24, Nazir Ceyhun Bayramovun İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri ilə görüşünə dair mətbuat məlumatı
Nazir Ceyhun Bayramovun İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri ilə görüşünə dair mətbuat məlumatı
➡️https://t.co/MFHnLlYEFb pic.twitter.com/CfSql1jxOu— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) April 19, 2024
19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffurini ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Görüşdə Azərbaycan və İtaliya arasında mövcud çoxölçülü strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov ölkəmizdə fəaliyyəti dövründə Azərbaycan və İtaliya arasında münasibətlərin inkişafı istiqamətində göstərdiyi səylərə görə səfir Klaudio Taffuriyə təşəkkür edib, ona gələcək fəaliyyətində davamlı uğurlar arzu edib.
İki ölkə arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, mədəni, humanitar və s. istiqamətlər üzrə çoxölçülü strateji tərəfdaşlıq münasibətlərinin məmnunluq doğurduğu, mövcud Strateji Dialoq mexanizminin əlaqələrə mühüm töhfə verdiyi diqqətə çatdırılıb. Bu istiqamətdə, həyata keçirilən qarşılıqlı səfər və təmasların, habelə siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Qarşı tərəf cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı məlumatlandırılıb. COP29-un iqlim dəyişikliyi ilə mübarizə sahəsində bir sıra tərəfdaşlar, o cümlədən İtaliya ilə əməkdaşlığa əlavə töhfə verəcəyi bildirilib.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesindən bəhs edən nazir Ceyhun Bayramov, İtaliya tərəfinə hazırkı həssas zamanda sərgilədiyi ədalətli mövqeyə görə təşəkkür edib. İtaliyanın mövqeyindən regional sülh və təhlükəsizlik quruculuğu tədbirlərinə təhdid törədərək birtərəfli və qərəzli yanaşma nümayiş etdirən bir sıra aktorlar tərəfindən nümunə götürülməsinin vacibliyi qeyd olunub.
Səfir Klaudio Taffuri Azərbaycanda diplomatik fəaliyyəti dövründə göstərilən dəstək və əməkdaşlığa görə öz minnətdarlığını bildirib, bundan sonra da Azərbaycan və İtaliya arasında tərəfdaşlığın daha da güclənməsinə dair inam ifadə edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Paylaş
BÜTÜN XƏBƏRLƏR
kaynak:https://mfa.gov.az/az/news/no17424
Nazir Ceyhun Bayramovun İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri ilə görüşünə dair mətbuat məlumatı
➡️https://t.co/MFHnLlYEFb pic.twitter.com/CfSql1jxOu— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) April 19, 2024