Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Adana °C

Londonda Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib

Londonda Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib
REKLAM ALANI
21.12.2023
A+
A-

 

 

 

Londonda Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib

, 2023

Londonda Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib

 

 

 

London şəhərində yerləşən məşhur “Chelsea Old Town Hall” bələdiyyə binasında müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

 

 

Britaniya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyinin, yerli ictimaiyyətin, ölkəmizə dost xalqların icmalarının nümayəndələri, soydaşlarımız, “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin şagirdləri və Azərbaycandan gələn qonaqlar iştirak ediblər.

 

 

 

Azərbaycanın və Birləşmiş Krallığın Dövlət himlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndərin London səfərini, Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışlarından fikirlərini əks etdirən videoçarx və Azərbaycan Diasporuna Dəstək Fondunun dahi şəxsiyyətə həsr etdiyi “Böyük sənət hamısı” sənədli film nümayiş etdirilib.

 

 

 

Tədbiri giriş sözü ilə açan Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova xatırladıb ki, 1994-cü ildə Azərbaycan icması ilə ölkəmizin Böyük Britaniyadakı səfirliyində görüşü zamanı Heydər Əliyev soydaşlarımızı öz övladlarına dilimizi, tariximizi, musiqimizi, Azərbaycan laylalarını öyrətməyə çağırıb. Onun 100 illiyinə həsr olunmuş tədbirin Heydər Əliyevin dəyərli tövsiyəsini əks etdirdiyini söyləyib. Dünya Azərbaycanlılarının I Qurultayında ümummilli lider Heydər Əliyevin səsləndirdiyi “Qoy, çaylarımız qurumasın, ağaclarımız kəsilməsin, çırağımız sönməsin! Yaşasın müstəqil Azərbaycan!” arzusunun ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirildiyi diqqətə çatdırılıb.

 

 

 

Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova bildirib ki, Azərbaycanda və dünyanın müxtəlif ölkələrində ulu öndərin 100 illik yubileyi böyük qürurla və təntənə ilə qeyd edilir. Heydər Əliyevin həyata keçirdiyi azərbaycançılıq ideologiyasının xalqın milli mənsubiyyətinə, mədəni dəyərlərinə söykəndiyi, soydaşlarımızın birləşmək əzmini gücləndirdiyi, “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlməsinin bütün azərbaycanlıların qəlbini fəth etdiyi vurğulanıb. “Biz xatırlamalıyıq ki, “Qarabağ” məktəbinin istedadlı övladlarını böyüdən valideynlər və müəllimlər bir vaxtlar Heydər Əliyev dövrünün gənc nəslini təşkil ediblər. O, məhz öz mədəniyyətinə sadiq, xalqımızın multikultural ənənələri ilə formalaşan gənclərə inanırdı”.

 

 

 

Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyinin əməkdaşı Rəşad Vahabzadə dahi şəxsiyyət Heydər Əliyevin ömür yolu və siyasi fəaliyyətindən danışıb.

 

 

 

Sonra “Qarabağ” məktəbinin şagirdləri və xalq artisti Gülyanaq Məmmədovanın ifasında rəngarəng konsert proqramı təqdim edilib. Ulu öndərin arzusunu və ona həsr olunmuş fikirləri Azərbaycan və ingiliscə səsləndirən məktəblilərin ifasında “Can Azərbaycan”, “Azərbaycan”, “Dostluq himni”, “Əsgər marşı”, Gülyanaq Məmmədovanın ifasında isə “Ucal həmişə”, “Yaşa mənim xalqım”, “Azərbaycanım”, “Mən bu millətə bağlıyam”, “Şən Azərbaycan” mahnıları səsləndirilib.

 

 

 

Tədbirin sonunda xalqımızı və dünya azərbaycanlılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edən məktəblilərə sertifikatlar təqdim edilib.

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/londonda-heyder-eliyevin-100-illik-yubileyi-qeyd-edilib-3976

 

 

 

 

REKLAM ALANI