Komitənin nümayəndə heyəti Kahramanmaraşda salınan Azərbaycan məhəlləsində olub

  Komitənin nümayəndə heyəti Kahramanmaraşda salınan Azərbaycan məhəlləsində olub📌<a href="https://t.
Komitənin nümayəndə heyəti Kahramanmaraşda salınan Azərbaycan məhəlləsində olub
Yayın: 12 Aralık 2023 Bugün, GÜNDEM Google News

 

 

 

Komitənin nümayəndə heyəti Kahramanmaraşda salınan Azərbaycan məhəlləsində olub

12 dekabr, 2023

Komitənin nümayəndə heyəti Kahramanmaraşda salınan Azərbaycan məhəlləsində olub

 

 

 

Türkiyədə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini müavini Valeh Hacıyev Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin sədri Hayrettin Güngörlə görüşüb.

 

 

 

Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) icraçı direktoru Əkrəm Abdullayevin və fondun icraçı direktor müavini Şahin Camalovun da iştirak etdiyi görüşdə çıxış edən Valeh Hacıyev səmimi qəbula görə bələdiyyə sədrinə öz təşəkkür edib, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındakı qardaşlıq və dostluq münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsindən məmnunluğunu bildirib. Kahramanmaraşa növbəti dəfə zəlzələdən zərərçəkənlərə humanitar yardım çatdırmaq üçün gəldiklərini deyən Valeh Hacıyev Azərbaycan xalqınınhəmişə türkiyəli qardaşlarının yanında olduqlarını vurğulayıb.

 

 

 

 

Hayrettin Güngör hər zaman göstərdikləri dəstəyə görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Türkiyə xalqı adından təşəkkürünü bildirib və zəlzələdən zərərçəkmiş insanlara diqqət və qayğısını yüksək qiymətləndirib. Bələdiyyə sədri Kahramanmaraşda Azərbaycan Respublikasının dəstəyi ilə salınan Azərbaycan məhəlləsində görülmüş və bundan sonra da görüləcək işlər haqqında məlumat verib, ən qısa zamanda Kahramanmaraşın dirçəlməsində Azərbaycanın rolunu yüksək dəyərləndirib.

Nümayəndə heyəti Azərbaycan Respublikasının dəstəyi ilə Kahramanmaraşda tikilən Azərbaycan məhəlləsinə də baxış keçirib, görülən işlərlə yaxından tanış olub. Tikintiyə rəhbərlik edən səlahiyyətli şəxslər görülən işlər barədə məlumat verib, Azərbaycan Respublikasına göstərdiyi dəstəyə görə öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, ADDF tərəfindən göndərilən yardımlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması, zəlzələdən zərərçəkənlərin həyatlarının yüngülləşdirilməsi və ehtiyaclarının ödənilməsi məqsədilə dövlətimizin həyata keçirdiyi uzunmüddətli kampaniyanın tərkib hissəsidir.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/komitenin-numayende-heyeti-kahramanmarasda-salinan-azerbaycan-mehellesinde-olub-3932

 

 

 

Son Güncelleme: 12 Aralık 2023