Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Adana °C

Komitə sədri Münhendə Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak edib

Komitə sədri Münhendə Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak edib
REKLAM ALANI
11.11.2022
A+
A-

 

 

 

Komitə sədri Münhendə Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak edib

2022

Komitə sədri Münhendə Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak edib
Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən Azərbaycan Evində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş tədbir keçirilib.

 

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın işğaldan qurtulması və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov soydaşlarımızı müstəqil dövlətimizin möhtəşəm bayramı münasibətilə təbrik edib, iki il öncə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin əldə etdiyi parlaq Zəfərin xalqımıza, dünya azərbaycanlılarına və türk dünyasına böyük sevinc bəxş etdiyini bildirib. Müharibə və post-müharibə dövründə dünya azərbaycanlılarının birlik və həmrəylik nümayiş etdirdiyini xatırladan Komitə sədri hazırda 8 Noyabr – Zəfər Gününün bütün dünyada qürurla və böyük sevinclə bayram edildiyini vurğulayıb, Polşa və Estoniyaya səfərləri çərçivəsində Zəfər Gününə həsr olunmuş təntənəli tədbirlərin keçirilməsindən və Azərbaycan icmaları ilə görüşlərindən bəhs edib. Qeyd olunub ki, bu gün dünyanın 13 ölkəsində 19 Azərbaycan Evi fəaliyyət göstərir.

 

Azərbaycan Dağ Yəhudiləri icmasının təqdimatının da keçirildiyi tədbirdə Münhen Azərbaycan Evinin rəhbəri Səttar Kərimov, diaspor fəalı Səbinə Məktubmirzə, Münhendə Qafqaz Dağ Yəhudiləri Birliyinin sədri Firuzə Yuşvayeva, Münhen xəstəxanasının Radiologiya və Neyroradiologiya klinikasının direktoru Anastasios Mpotsaris çıxış ediblər. Onlar bayram münasibətilə Azərbaycan icmasını təbrik ediblər. Zəfər Günü ilə bağlı keçirdikləri qürur hissindən, alman və Azərbaycan xalqlarının dostluğunun daha da möhkəmləndirilməsindən, Azərbaycana olan xoş münasibətdən danışıblar.

 

Azərbaycan həqiqətlərinin Almaniyada təbliğ olunmasında və diaspor fəaliyyətində fəal iştiraklarına görə gənc soydaşlarımıza Diasporla İş üzrə Dövlət Komitəsinin təşəkkürnaməsi təqdim edilib.

 

Tədbirin bədii hissəsində Ülviyyə Abdullayevanın ifasında Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri təqdim edilib.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/komite-sedri-munhende-zefer-gunune-hesr-olunmus-tedbirde-istirak-edib-1891

 

 

REKLAM ALANI
Arabic Arabic Chinese (Simplified) Chinese (Simplified) Dutch Dutch English English French French German German Italian Italian Portuguese Portuguese Russian Russian Spanish Spanish Turkish Turkish