Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Adana °C

Kayseridə Naxçıvanın 100 illik yubileyi münasibətilə konsert keçirilib

Kayseridə Naxçıvanın 100 illik yubileyi münasibətilə konsert keçirilib
REKLAM ALANI
09.04.2024
A+
A-

Kayseridə Naxçıvanın 100 illik yubileyi münasibətilə konsert keçirilib

 

 

 

 

8 aprel, 2024

 

 

 

 

 

Kayseridə Naxçıvanın 100 illik yubileyi münasibətilə konsert keçirilib

Aprelin 7-də Türkiyə Respublikasının Kayseri şəhərində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə konsert keçirilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Kayseri şəhəri Talas Bələdiyyəsinin təşkilatçılığı ilə “Erciyes” Mədəniyyət Mərkəzində baş tutan konsert proqramında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, Talas bələdiyyəsinin sədri Mustafa Yalçın və digər rəsmilər iştirak edib.

Musiqili gecədə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı tərəfindən (bədii rəhbər Əməkdar artist Zeynalabdin Babayev) xalq və bəstəkar mahnıları, rəqs nömrələri təqdim olunub. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfiqar Mahmudov, filarmoniyanın solistləri-Nərmin Hüseynova və Əfsanə Babayeva tərəfindən ifa edilən-“Sizə salam gətirmişəm”, “Azərbaycan maralı”, “Sənə qurban”, “Axtarma məni”, “Qarabağ şikəstəsi”, “Yaşa, mənim xalqım”, “Çırpınırdın, Qara dəniz”, “Şuşanın dağları” musiqi nömrələri alqışlarla müşayiət olunub.

Eyni zamanda “Şənlik” suitası, “Qavalla”, “Naz eləmə”, “Qobustan yallısı”, “Sarı gəlin” rəqs nömrələri, “Zəfər” kompozisiyası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Musiqili gecə Cavanşir Quliyevin “Azərbaycan-Türkiyə” əsərinin ifası ilə sona çatıb.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidentinin 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası məqsədilə hazırlanmış tədbirlər planına uyğun olaraq gerçəkləşib.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/kayseride-naxcivanin-100-illik-yubileyi-munasibetile-konsert-kecirilib-4529

 

REKLAM ALANI