Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Adana °C

İsrailin Or-Akiva və Afula şəhərlərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib

İsrailin Or-Akiva və Afula şəhərlərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib
REKLAM ALANI
25.03.2023
A+
A-

 

 

 

 

İsrailin Or-Akiva və Afula şəhərlərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib
, 2023
İsrailin Or-Akiva və Afula şəhərlərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib

İsrailin Or-Akiva şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun Novruz bayramına həsr olunmuş tədbiri keçirilib.

 

Bayram tədbiri “Sevgi” Beynəlxalq Mərkəzinin, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının, STMEQİ Fondunun və “Sevgi” instrumental ansamblının birgə təşəbbüsü ilə baş tutub. Tədbirdə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının üzvləri, şəhər meriyasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak və “Sevgi” instrumental ansamblının bədii rəhbəri Salman Rabaev soydaşlarımızı və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib, xoş arzularını bildiriblər. Parlaq və tarixi Zəfərimizdən sonra Novruz bayramının Azərbaycanda könül rahatlığı ilə keçirildiyini və vətənimizin bütün guşələrində, o cümlədən işğaldan azad edilmiş doğma Qarabağda da qeyd edildiyini nəzərə çatdırıblar.

Tədbir Azərbaycan bəstəkarlarının mahnılarından və əsərlərindən ibarət bayram konserti ilə davam edib. Hazırda İsraildə yaşayan azərbaycanlı müğənni Yaqub Məmmədovun ifasında məşhur “Xudayar təsnifi” (“Vətən yaxşıdır”) mahnısı qonaqların gur alqışları ilə qarşılanıb.

 

 

 

 

Tədbir iştirakçıları Novruz şirniyyatlarına qonaq edilib.

İsrailin Afula şəhərində yaşayan Azərbaycan diasporu da Novruz bayramına həsr olunmuş tədbir keçirib. “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarını milli geyimdə salamlayan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman soydaşlarımızı və xalqımızı bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Qonaqlara baharın müjdəçisi, barış, xeyirxahlıq, mərhəmət rəmzi olan Novruz bayramı və adət-ənənələri barədə ətraflı məlumat verilib, bayramın Azərbaycanda və bütün dünyada geniş şəkildə qeyd olunduğu, İsraildə də ənənə halını aldığı vurğulanıb.

Azərbaycan musiqisinin və şeirlərinin səsləndirildiyi tədbirdə iştirakçılar Novruz şirniyyatlarına qonaq edilib.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/israilin-or-akiva-ve-afula-seherlerinde-novruz-bayramina-hesr-olunmus-tedbir-kecirilib-2651

 

 

REKLAM ALANI