Almaniyada azərbaycanlı boksçulardan parlaq qələbə
2026
Almaniyada azərbaycanlı boksçulardan parlaq qələbə
Almaniyada yaşayan azərbaycanlı boksçular Zeits şəhərində keçirilən boks turnirində iştirak ediblər. Turnir “Blau-Weis Grana” klubunun təşkilatçılığı ilə baş tutub. Yarışda Diaspor Boks Liqası və Heydər Əliyev adına Dünya Boks Komitəsi ilə əməkdaşlıq edən “Tayfun” boks klubunun 8 idmançısı mübarizə aparıb.
Klubun boksçuları Rəşad Kərimov karyerasının 39-cu, Azər Soltanov 6-cı, Nikoloz Bukhniaşvili isə ilk qələbəsini qazanıb. Hər üç idmançı rəqiblərini vaxtından əvvəl məğlub edərək parlaq qələbəyə imza atıblar.
Diaspor Boks Liqasının digər beş üzvü də həvəskar boks yarışlarında uğurla çıxış edib. Almaniya çempionu Stayko Stayonov, həmçinin Alay Gurbanov, Mazher Youssef, Aziz Mirsayov və Ezid Fillipoviç rəqibləri üzərində inamlı qələbə qazanıblar. Bununla da onlar Azərbaycan diasporunun idman sahəsində uğurlarına növbəti töhfələrini veriblər.
Boksçularımız qazandıqları qələbələri Azərbaycanın 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr etdiklərini bildiriblər.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyada fəaliyyət göstərən Diaspor Boks Liqası müxtəlif səviyyəli yarışlarda ölkəmizi uğurla təmsil edir.
Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
mənbə: https://diaspor.gov.az/az/news-detail/almaniyada-azerbaycanli-boksculardan-parlaq-qelebe-7477
https://x.com/DiasporaAz/status/2116275872919597120






Yorumlar (0)
Bir Cevap Yazın