Logo
01 Adana Gazetesi
SON DAKİKA

Batumidə 27 Sentyabr – Anım Günü qeyd olunub

Batumidə 27 Sentyabr – Anım Günü qeyd olunub 2026 Batumidə 27 Sentyabr – Anım Günü qeyd olunub Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Gürcüstanın Batumi şəhərində fəaliyyət göstərən Mirzə Fətəli Axundzadə adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyətində 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib.
04.10.2026 18:00 2 Dk Okuma
Batumidə 27 Sentyabr – Anım Günü qeyd olunub

Batumidə 27 Sentyabr – Anım Günü qeyd olunub

2026

Batumidə 27 Sentyabr – Anım Günü qeyd olunub

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Gürcüstanın Batumi şəhərində fəaliyyət göstərən Mirzə Fətəli Axundzadə adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyətində 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə ölkəmizin Batumi şəhərindəki Baş Konsulluğun əməkdaşları, SOCAR-ın Batumidəki nümayəndəliyinin rəhbəri Səfər Əlizadə, Mirzə Fətəli Axundzadə adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyətinin rəhbəri Rövşən Namazov, Gürcüstanda yaşayan soydaşlarımız, həmçinin Batumidəki Azərbaycan dili müəllimləri və şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Baş konsul Fuad Əzizov çıxışında Anım Gününün xalqımızın müasir tarixində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, şəhidlərin Vətən uğrunda göstərdiyi fədakarlıqdan danışıb.

Cəmiyyətin rəhbəri Rövşən Namazov xaricdə yaşayan soydaşlarımızın Vətən müharibəsi dövründə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında fəal iştirak etdiklərini, şəhidlərimizin xatirəsinin daim uca tutulmasının vacibliyini bildirib.

Sonda şagirdlər Vətənə və şəhidlərin əziz xatirəsinə həsr olunan şeirlər səsləndiriblər.

https://x.com/DiasporaAz/status/2106252078285017487

Foto qalereya

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər

kaynak:https://diaspor.gov.az/az/news-detail/batumide-27-sentyabr-anim-gunu-qeyd-olunub-7401

 

 

https://x.com/DiasporaAz/status/2106252078285017487

Yorumlar (0)

Bu habere henüz yorum yapılmamış. İlk yorumu siz yazın.

Bir Cevap Yazın

9 + 7 = ?