“Azərbaycanın Dostları” Birliyinin “Ritm” rəqs qrupu ilə birgə yeni layihəsi təqdim edilib

  İsveçrənin Bazel şəhərində fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyinin <a href="https://twitter.
“Azərbaycanın Dostları” Birliyinin “Ritm” rəqs qrupu ilə birgə yeni layihəsi təqdim edilib
Yayın: 05 Ocak 2023 DÜNYA Google News

 

 

 

“Azərbaycanın Dostları” Birliyinin “Ritm” rəqs qrupu ilə birgə yeni layihəsi təqdim edilib
5 yanvar, 2023
“Azərbaycanın Dostları” Birliyinin “Ritm” rəqs qrupu ilə birgə yeni layihəsi təqdim edilib
İsveçrənin Bazel şəhərində fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyinin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Ritm” rəqs qrupu ilə birgə yeni layihəsi təqdim edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Azərbaycanın Dostları” Birliyinin təşkilatçılığı ilə hazırlanan videoçarx “Ritm” rəqs qrupunun Avropaya turu çərçivəsində ərsəyə gəlib.

Bazel məbədi (Basel Minster) önündə çəkilişləri aparılan videoçarxda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Fantaziya 1” (Qaytağı) əsəri əsasında quruluş verilmiş rəqs təqdim olunub. Əsəri tanınmış kamança ustası İmamyar Həsənov və onun musiqi qrupu ifa edib.

Rəqsin quruluşçusu “Ritm” rəqs qrupunun üzvü, xoreoqraf Seymur Nəbi-zadə, geyim üzrə rəssamı Leyla Əliyevadır. Rəqsi Dərya Maslakova, Nurlana İbrahimova, Cəmilə Məlikova, Tunar Əzizli, Seymur Nəbi-zadə, Firuz Əlövsədov ifa ediblər.

Qeyd edək ki, “Ritm”rəqs qrupu 2011-ci ildə fəaliyyətə başlayıb. Bakı Dövlət Universitetinin rəqs kollektivinin 4 üzvü ilə yaradılan bu qrupun əsas məqsədi milli rəqslərimizi ölkəmizdə və xaricdə peşəkarcasına təbliğ etməkdir. Bu günə qədər “Ritm” rəqs qrupu Gürcüstan, Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları, Şimali Kipr Türk Respublikası, Çin, Belarus, Monteneqro, İsveçrə, Almaniya kimi xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/azerbaycanin-dostlari-birliyinin-ritm-reqs-qrupu-ile-birge-yeni-layihesi-teqdim-edilib-2156

 

 

Son Güncelleme: 05 Ocak 2023