Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Adana °C

ABŞ-nin Meyn ştatının nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində bir sıra görüşlər keçirib

ABŞ-nin Meyn ştatının nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində bir sıra görüşlər keçirib
REKLAM ALANI
03.06.2024
A+
A-

ABŞ-nin Meyn ştatının nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində bir sıra görüşlər keçirib

3 iyun, 2024

 

 

 

 

 

ABŞ-nin Meyn ştatının nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində bir sıra görüşlər keçirib

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanda səfərdə olan ABŞ-nin Meyn ştatının rəsmilərindən və ictimaiyyətinin tanınmış üzvlərindən ibarət nümayəndə heyəti bir sıra görüşlər keçirib.

Meyn ştatının senatoru Cil Dyuson, Nümayəndələr Palatasının üzvləri Deqa Dalak, Mana Abdi, hakim Pol Aranson, Böyük Portland İmmiqrant Qarşılama Mərkəzinin (GPIWC) İcraçı direktoru, yazıçı Rza Cəlali, “Gateway Community Services” Miqrantlarla İş üzrə Qeyri-Kommersiya təşkilatının icraçı direktoru Abdulla Əli, “Change to Advance” Miqrantlarla İş üzrə Qeyri Kommersiya Təşkilatının rəhbəri Exlas Əhmədin daxil olduğu nümayəndə heyəti səfərin ilk günü Şəhidlər Xiyabanında olub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüb.

Nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub, sədr Fuad Muradovla görüşüb. Qonaqları salamlayan sədr əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Komitənin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələri ilə diaspor sahəsində gördüyü işlərdən, Azərbaycan diasporunun güclənməsi üçün atılan addımlardan danışıb. Həyata keçirilmiş irihəcmli layihələrdən, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan məktəblərindən, qardaşlaşmış şəhərlərdən söz açan Komitə sədri avqustda Laçında keçiriləcək “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsindən bəhs edib. Səmimi qəbula görə təşəkkürünü bildirən qonaqlar Azərbaycan haqqında müəyyən məlumatları olduqlarını qeyd ediblər. Qarabağa səfərin onlar üçün yaddaqalan olduğunu qeyd edən nümayəndə heyəti orada aparılan sürətli bərpa və yenidənqurma işlərini yüksək qiymətləndiriblər.

Daha sonra UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunu, Şirvanşahlar Saray Kompleksini, Qız Qalasını, Azərbaycan Milli Xalça Muzeyi, Yanardağ, Atəşgah, Təzə Pir məscidi, Heydər Əliyev Mərkəzində olublar.

Azərbaycan Diplomatik Akademiyası, Ələt Azad İqtisadi Zonası, Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi və Azərbaycan Yazıçılar Birliyində bir sıra görüşlər keçiriblər.

Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidovla görüşdə Azərbaycan-ABŞ münasibətləri barədə danışılıb, ikitərəfli gündəliyin müxtəlif aspektləri barədə fikirlər səsləndirilib.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Samir Poladov və Ceyhun Rzayevlə görüşdə müharibədən sonrakı dövrdə mina təhlükəsi ilə bağlı real vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra nümayəndə heyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olublar. Görüşdə qonaqlar azad olunan ərazilərə qayıdış prosesi haqqında məlumatlandırılıb. Sədr müavini Fuad Hüseynov qonaqlara qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsas istiqamətləri, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Səfər çərçivəsində qonaqlar Quba rayonunda da olublar. Nümayəndə heyəti Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovla görüşüb, Dağ Yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbə, Dağ Yəhudilərinin Muzeyi, həmçinin “Soyqırım Memorial Kompleksi” ilə tanış olub, mövcud tolerant mühitdən məmnunluqlarını ifadə ediblər.

 

FOTO QALEREYA

 

 

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/abs-nin-meyn-statinin-numayende-heyeti-azerbaycana-sefer-cercivesinde-bir-sira-gorusler-kecirib-4769

 

REKLAM ALANI