İtaliyada Azərbaycan icması ilə görüş keçirilib

İtaliyada Azərbaycan icması ilə görüş keçirilib 2024   İtaliyada Azərbaycan icması ilə görüş keçirilib📌 <a href="https://t.
İtaliyada Azərbaycan icması ilə görüş keçirilib
Yayın: 01 Mayıs 2024 Bugün, GÜNDEM Google News

İtaliyada Azərbaycan icması ilə görüş keçirilib
2024

 

 

 

İtaliyada Azərbaycan icması ilə görüş keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İtaliyaya səfəri çərçivəsində bu ölkədəki Azərbaycan icması ilə görüşüb.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ölkəmizin diaspor siyasəti, Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə reallaşan irihəcmli layihələr, o cümlədən Koordinasiya Şuraları, Azərbaycan Evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay Düşərgələri, Beyinqazanma proqramı, komitənin xarici ölkələrdə təşkil etdiyi ixtisaslaşmış forumlar və s. haqqında müfəssəl məlumat verilib.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayında xaricdə yaşayan soydaşlarımıza tövsiyələrini xatırladan komitə sədri dünya azərbaycanlılarının, o cümlədən İtaliyadakı icmamızın azərbaycançılıq ideologiyasına sadiq qaldıqlarını, həqiqətlərimizin təbliğində fəal iştirak etdiklərini qeyd edib.

İtaliyadakı Azərbaycan icması ilə görüşdə Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin əməkdaşları və Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda (Vatikan) fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov iştirak edib.

AKŞ-nin Roma üzrə koordinatoru Fərid Abbasov və İtaliya AKŞ-nin Venesiya üzrə koordinatoru Türkan Həsənova məruzə ilə çıxış etdikdən sonra İtaliya AKŞ-nin koordinatorlarının və Azərbaycan İtaliya Gənclər Assosiasiyası sədrinin seçkisi keçirilib. Aynur Aşurova (Roma), Fidan Abdullazadə (Milan), Elvin Babayev (Milan), Aysel Şəbiyeva (Malta) AKŞ-nin koordinatorları, Kərim İsmayılov isə (Roma) assosiasiya sədri seçilib. Soydaşlarımız göstərilən etimada görə minnətdarlıq ediblər.

Qarşılıqlı fikir mübadiləsi aparıldıqdan və soydaşlarımızın sualları hərtərəfli cavablandırıldıqdan sonra Milandakı İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti, “Eurasiaticanews”un təsisçisi və direktoru Karlo Marinoya, Neapol-Bakı Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanova və icma üzvü Lalə Zeynalovaya “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı, Azərbaycan icmasının fəal üzvlərinə isə Komitənin təşəkkürnamələri təqdim edilib.

Qeyd edək ki, hazırda dünyanın 15 ölkəsində 29 Azərbaycan Evi və 36 ölkəni əhatə edən 15 Azərbaycanlıların Koordinasiya Şurası fəaliyyət göstərir.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/italiyada-azerbaycan-icmasi-ile-gorus-kecirilib-4595

 

 

Son Güncelleme: 01 Mayıs 2024